Milli Məclisin sədri növbədənkənar sessiyanın keçirilməsi ilə bağll sərəncam imzalayıb.
Milli Məclisin sədri sərəncam imzaladı – Avqustun 4-də...
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Pravda.az-a verilən məlumata görə, Milli Məclisin 59 deputatının tələbi ilə Azərbaycan Respublikasının Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2020-ci il 4 avqust tarixində Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək.
Bu barədə Milli Məclisin Sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.