ABŞ prezidenti Donald Trampın 2019-cu il üzrə maliyyə hesabatı açıqlanıb.
Pravda.az xəbər verir ki, Donald Tramp 2019-ci ildə ən azı 446 milyon ABŞ dolları gəlir əldə edib.
78 səhifəlik sənədə görə, keçən il dövlət başçısı Floridadakı “Mar-a-Lago” kurortundan 21, 4 milyon ABŞ dolları qazanıb. 2018-ci il üçün bəyannamədə bu kompleksdən gəlir daha yüksək idi - demək olar ki, 22,7 milyon ABŞ dolları.