Dünən prezident İlham Əliyev Balakəndə “Asan xidmət” mərkəzinin açılışında iştirak edib. O, nitqində bir sıra vacib məsələlərə toxunub. Prezident, həmçinin Ermənistanın Tovuz təəxribatı haqqında danışaraq bildirib ki, Paşinyan hakimiyyəti ciddi səhvlərə yol verir. Düşmən dövlət bütün regional layihələrdən təcrid olunub və artıq beynəlxalq aləmdə acınaqlı duruma düşüb. Deməli, Ermənistanın gələcəyi sual altındadır. Ermənistandakı daxili vəziyyəti “Sherg.az”a təhlil edən professor, politoloq Əlimusa İbrahimovun fikrincə, Paşinyan hakimiyyətə necə gəlibsə, elə də gedəcək: “Paşinyanın heç normal ali təhsili də yoxdur. O, hakimiyyətinin ilk vaxtlarında idarəçilikdə bağlı heç nə bilmirdi. Guya Paşinyanı xalq hakimiyyətə gətirib. Əslində kütləyə belə adamlar sərf edir. Çünki tələblərini dilə gətirə bilirlər. Ancaq Paşinyan verdiyi vədlərin heç birinə əməl etmədi. Əksinə, vəziyyəti daha da pisləşdirdi. Ona görə də bir vaxtlar onu hakimiyyətə gətirənlər indi devrilməyini arzulayırlar. Onu da deyim ki, Paşinyan Soros fondunun nəzarəti altında fəaliyyət göstərir. Bu, faktdır. Özü də danılmaz fakt. Bu yaxınlarda adı çəkiləm qurumun Paşinyan hakimiyyətinə külli miqdarda maddi yardımı da dediyimiz həqiqəti bir daha təsdiq edir. Amma bunların heç biri nəticə verməyəcək. Paşinyanın siyasi hakimiyyəti ən yaxşı halda, bir neçə ay uzana bilər. Lakin o, yaxın gələcəkdə xalqın tələbi ilə hakimiyyətdən gedəcək. Hər ötən gün onu siyasi “vəfat"ına daha da yaxınlaşdırır.”
Ə.İbrahimovun sözlərinə görə, Ermənistanın işıqlı gələcəyə apara biləcək bircə yolu var:
“Paşinyan irəli sürdüyü yeddi tələbi kimə istiqamətləndirdiyini heç özü də bilmir. Gah Azərbaycanı, gah Rusiyanı, gah da Qərbi hədəf almağa çalışır. Guya bütün dünyaya meydan oxuyur.