Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev vaxtilə onunla birlikdə hakimiyyətdə təmsil olunmuş şəxslərin ittihamlarına məruz qalmaqda davam edir.
Bu sırada YAP-ın qurucularından olmuş sabiq deputat Maksim Musayev, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Prezident katibliyinin keçmiş rəhbəri Eldar Namazov, YAP Siyasi Şurasının üzvü, eks-deputat Musa Musayev, "Yeni Azərbaycan" qəzetinin keşmiş baş redaktoru Alqış Həsənoğlu, eks-YAP-çı deputat, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu və digərlərinin adını çəkmək olar.
Onlar Ramiz Mehdiyevi hakimiyyət daxilində klan yaratmaqda, intriqa ilə məşğul olmaqda, rüşvətxor məmurları vəzifəyə təyin etməkdə və başqa bu kimi "qara işlər"də ittiham edirlər.