ABŞ-nin 46-cı Prezidenti Co Baydenin oğlu Hanter Baydenin 17 milyon dollara yaxın borcunun olduğu və buna baxmayaraq, onun ABŞ-dəki fəaliyyətini səssizcə yekunlaşdıraraq ölkədən getdiyi bildirilir.
Bu faktlar məhkəməyə təqdim olunan yeni sənədlərdə öz əksini tapıb.
Aprelin 6-da hüquqşünas Barri Koburn tərəfindən Vaşinqton məhkəməsinə müvafiq sənədlər verilib. "Winston & Strawn" hüquq şirkətinin sabiq vəkilləri göstərdikləri xidmətlərə görə Hanterdən vəsaitlərinin ödənilməsini istəyirlər. Təqdim olunan sənəddə Baydenin artıq xarici ölkədə yaşadığı vurğulanır. Vəkil əlavə edib ki, Hanterin hazırkı məhkəmə xərclərini qarşılamaq imkanı belə yoxdur.