Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Milli Şuradakılar düşünürlər ki, insanlar narazı olsalar, onların tərəfinə keçəcəklər” – Siyavuş Novruzov

1 682
Paylaş:
Milli Şuradakılar düşünürlər ki, insanlar narazı olsalar, onların tərəfinə keçəcəklər” –     Siyavuş Novruzov

“Bu gün Milli Şura bildirir ki, karantin rejimin uzanması onlara sərf edir. Onlar insanların taleyini düşünmür. Yalnız düşünürlər ki, insanlar narazı olsa, onların tərəfinə keçəcək”.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, pandemiyanın nə qədər çəkəcəyini heç kim bilmir: “Müəyyən məsələlərə toxunanda biz reallıqdan çıxış etməliyik. Biz bu gün dövlətin yanında olmalıyıq. Çünki karantin rejimi böyük dövlətləri çökdürüb”.

Paylaş:

Ən son xəbərlər