Böyük Britaniya daha yaxşı sınaq və izləmə sistemi olmadan məktəbləri yenidən açsa, bu qış ikiqat ağır olan ikinci COVID-19 dalğası ilə qarşılaşacaq.
Pravda.az-ın xəbərinə görə, “University College London” və London Gigiyena və Tropik Tibb Məktəbinin tədqiqatçıları apardıqları araşdırma nəticəsində bu qənaətə gəliblər.
Alimlər məktəblərin necə açılacağını, tam, yaxud yarım-fasiləsiz, habelə həftənin müxtəlif günlərində məktəbə davamiyyətin paylanmasını nəzərə alaraq, payız-qış mövsümündə koronavirusun yayılmasının altı fərqli ssenarisini modelləşdiriblər.
"Böyük Britaniyada məktəblər sentyabr ayında tam iş rejiminə keçərsə, bu, 2020-ci ilin dekabrında ikinci böyük dalğaya səbəb olacaq”, - deyə ingilis elm adamlarının araşdırmasında deyilir.