BURADA REKLAMINIZ OLA
BİLƏR

3 general istefaya göndərildi

Rusiya Prezidenti Vladimir Putin Federasiyanın İstintaq Komitəsinin 3 generalının və bir polkovnikinin vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb.

Pravda.az xəbər verir ki, bunlar İstintaq Komitəsinin Nəqliyyat üzrə Moskva Regionlararası İstintaq İdarəsinin rəhbəri ədliyyə general-mayoru Sergey Vazyulin, İrkutsk vilayətinin İstintaq İdarəsinin rəhbəri ədliyyə general-mayoru Andrey Bunev, Kuban istintaq şöbəsinin rəhbəri ədliyyə general-leytenantı Vadim Buqaenko və Baş İdarə rəisi polkovnik Rif Qayututdinovdur.

Nəşrin məlumatına görə, onların hər biri öz arzusu ilə istefa ərizəsi yazıb.APA
 

Tarix: 6 Avqust 2020, 07:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin