Füzulidə olduğu müddətdə müvəqqəti işlər vəkili Karlon yenidən məskunlaşmış yaşayış məhəlləsinə, DOST Mərkəzinə və yerli orta məktəbə baş çəkərək, yerli icmaların bərpasında infrastrukturun, təhsilin və sosial xidmətlərin rolunu vurğulayıb.
Səfirlik: ABŞ-ın müvəqqəti işlər vəkilinin Ağdam və Füzuliyə səfəri Vaşinqton-Bakı əməkdaşlığının genişləndiyini təsdiqləyir
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, onun bu həftə həm Ağdama, həm də Füzuliyə səfəri fevral ayında Prezident İlham Əliyev və Vitse-prezident Vens tərəfindən Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından sonra ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini və Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və uzunmüddətli bərpanın təşviqi istiqamətində ortaq öhdəliyimizi bir daha təsdiqləyir.