BURADA REKLAMINIZ OLA
BİLƏR

Qusarda zəhərlənənlərdən XƏBƏR VAR

Səhiyyə Nazirliyi Qusarda baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

 

Nazirlikdən Pravda.az-a verilən məlumata görə, Qusarın Qələcuq kəndindən qida zəhərlənməsi ehtimalı ilə bir ailənin 8 üzvü Qusar Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

 

Xəstələrə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

 

Qeyd: 2012-ci il təvəllüdlü Ağakişiyeva Mədinə Tərlan qızı, 2010-cu il təvəllüdlü Ağakişiyeva Lalə Tərlan qızı, 2011-ci il təvəllüdlü Ağakişiyev Məmmədəli Kamran oğlu, 2014-cü il təvəllüdlü Ağakişiyev Seyidəli Kamran oğlu, 2018-ci il təvəllüdlü Ağakişiyeva Şəfa Kamran qızı, 1963-cü il təvəllüdlü Ağakişiyev Ağaəfəndi Əliəfəndi oğlu, 1989-cu il təvəllüdlü Ağakişiyeva Aygün Fikrət qızı və Ağakişiyeva Nəsibə Kamil qızı qida zəhərlənməsi diaqnozu ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.İlkin ehtimala görə onların qutabdan zəhərləndiyi bildirilir.

 

Tarix: 16 Dekabr 2019, 10:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin