ABŞ prezidenti Donald Tramp ilə Respublikaçılar Partiyasının ən böyük investoru Şeldon Adelson arasında mübahisə düşüb.
Pravda.az-ın məlumatına görə, bu barədə “Politico” xəbər verir.
Nəşrin mənbəyinə görə, Adelson prezidentə zəng edərək administrasiyanın pandemiya dövründə iqtisadiyyatı stimullaşdırmaq tədbirlərini müzakirə etmək istəyib, amma Amerika lideri Adelsondan onun seçki kampaniyası üçün niyə daha çox iş görmədiyini soruşaraq mövzunu dəyişdirib.