İstanbulda bu gün səhər saatlarında baş verən avtobus qəzasında 5 nəfər ölüb.
Pravda.az-ın xəbərinə görə, bu barədə İstanbul valiliyi məlumat yayıb.
Qeyd olunub ki, qəzada 25 nəfər yaralanıb, onlardan 10-nun vəziyyəti ağırdır.
Karabükdən İstanbula gələn avtobusun sürücünün yuxulaması səbəbindən qəzaya uğradığı ehtimal olunur. Avtobus yoldan çıxaraq korpünün dayaqlarına çırpılıb.
Faktla bağlı araşdırma aparılır.APA
Daha bir avtobus qəzası: 5 nəfər öldü, 10-u ağır olmaqla, 25 nəfər yaralandı