BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni federasiya yaradıldı - FOTO

ABŞ-ın Şərq sahilində (Massachusetts, New York, New Jersey, Maryland, Virginia, Şimalı Carolina) yaşayan bir qrup gənc azərbaycanlı Amerika Azərbaycanlıları Federasiyasını (AAF) təsis edib.

 

Pravda.az-ın xəbərinə görə, AAF-ın məramnaməsi, nizamnaməsi qəbul edilib, 9 nəfərdən ibarət idarə heyəti və 7 nəfərlik müşahidə şurasına seçkilər keçirilib. Yaxın günlərdə keçiriləcək, İdarə Heyətinin ilk toplantısında AAF-ın prezidenti, vitse-prezidenti və katibi seçiləcək və internet səhifəsi fəaliyyətə başlayacaq. AAF-ın qeydiyyatı New Jersey ştatında olacaq.

AAF-ın qarşısında duran məqsədlərə Şimali Amerikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə sıx əlaqələr yaratmaq, birgə tədbirlər keçirilmək, üzvlər arasında əlaqələrin yaranmasında vasitəçilik etmək, Amerikada yaşayan azərbaycanlıların və onların ailə üzvlərinin maddi və mənəvi zənginləşməsinə nail olmaq, ABŞ işgüzar dairələrində Azərbaycan mənşəli biznesin inkişafına yardımçı olmaqla ABŞ və Kanada da Azərbaycan diasporasının inkişafına töhfə vermək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq cə ermənilərin yalanlarını ifşa etməkdir.

Fotoları təqdim edirik
Tarix: 9 Avqust 2020, 23:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin