Ukrayna Silahlı Qüvvələrinin (USQ) Pilotsuz Sistemlər Qüvvələrinin (PSQ) komandanı, "Madyar" ləqəbli Robert Brovdi Azov dənizi akvatoriyasında gəmilərə zərbələr endirildiyini təsdiqləyib.
Pravda.az Oxu.Az-a istinadən xəbər verir ki, daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi bildirmişdi ki, Azov dənizində göyərtəsində 25 ölkə vətəndaşının olduğu iki yük gəmisi pilotsuz aparatlar tərəfindən hücuma məruz qalıb, onlardan beşi həlak olub.