BURADA REKLAMINIZ OLA
BİLƏR

Erkin Qədirli: "Lukaşenko Putinlə dirəşir"

"Başqa ölkələrdə keçirilən seçkilərdə iki önəmli məsələyə diqqət ayırmaq gərəkdir: 1.Oradakı iqtidarın bizə münasibəti;

2. Oradakı müxalifətin bizə münasibəti. Oradakı iqtidarın bizə münasibəti yaxşıdırsa, onun rəqiblərini dəstəkləməyin heç bir anlamı yoxdur. Oradakı iqtidarın bizə münasibəti yaxşı deyilsə, onda müxalifətin bizə münasibətinə baxmaq lazımdır. Müxalifətin bizə münasibəti yaxşıdırsa, onu dəstəkləmək olar. Müxalifətin bizə münasibəti yaxşı deyilsə, onda bu işə qarışmağın anlamı qalmır".

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin deputatı Erkin Qədirli deyib.

E.Qədirli Belarusdakı vəziyyətlə bağlı da fikirlərini bölüşüb: 1) Lukaşenko ODKB-də Putinlə dirəşir; 2) Ermənistana təpinir; 3) bizə ağır silah satır. Bu, az deyil. Oradakı müxalifətin bizə münasibətini bilirkmi? Bu suala cavab tapmayınca, başqa suallarla özümüzü yormağa dəyməz".

Tarix: 10 Avqust 2020, 12:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin