Bakının mərkəzində, məşhur xeyriyyəçi Ağa Musa Nağıyevə məxsus olmuş memarlıq abidəsi statuslu binalardan birində yerləşən mənzil satışa çıxarılıb.
Sözügedən mənzil Səməd Vurğun küçəsində yerləşir.
Bildirilir ki, bina cəmi 3 mərtəbədən ibarətdir və hər mərtəbədə yalnız bir mənzil yerləşir. Mənzilin ümumi sahəsi 363 m² təşkil edir.
Mənzilin əsas üstünlüklərindən biri təxminən 5 metr hündürlüyündə tavanlara malik olması və otaqların əksəriyyətində dövrün orijinal əl işləri olan naxışlı gips ornamentlərinin qorunub saxlanılmasıdır. Bu, tarixi ruhu və memarlıq dəyərini bu günə qədər yaşadan nadir nümunələrdən biridir.