Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bütün sahələrdə proqressiv iş davam etməkdədir. Son dövrlərdə keçirilən müşavirələrdə əsasən də idarəetmənin təkmilləşdirilməsi istiqamətinin önəm kəsb etdiyi görürük. Ölkə başçısı tərəfindən müşavirələrdə və görüşlərdə səsləndirilən fikirlər birmənalı olaraq yeni və təkmil idarəetmə modellərinin tətbiq edilməsi ilə bağlıdır. İşlək mexanizmin daha yüksək səviyyədə nəticələr əldə etməsi və dayanalıqlı davamlılığın təminatı üçün yeni təcrübə və metodların tətbiqi zəruridir.
Dövlət şirkətlərinin idarəetməsində “korporativ idarəetmə” prinsipləri tətbiq olunmalıdır
… fakt odur ki, əgər dövlət şirkətləri normal korporativ idarəetmə əsasında işləməyəcəklərsə, onda biz bu problemlərlə daim üzləşəcəyik. Bundan sonra buna dözmək olmaz…
…dövlət şirkətləri elə bil ki, sosialist iqtisadi modelində işləyir. Bu, dözülməzdir. Ona görə bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır…
Bu fikirlər Prezident İlham Əliyev tərəfindən koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə səsləndirilmişdir. Burada ölkə başçısı tərəfində birmənalı olaraq məhz yeni metodların tətbiqinin zəruriliyi – mövcud idarəetmə sisteminin dəyişməsi vurğulanmışdır. Artıq dövlət şirkətlərinin mövcud işinin və iş prinsipinin müasirləşdirilməsi, gözlənilən nəticələri verməyən iş mexanizmləri yeni idarəetmə texnikaları ilə işlənməlidir. Bunun nəticəsində isə sözügedən şirkətlər ölkəmizin inkişaf tempi ilə ayaqlaşa biləcəkdir.
Dövlət şirkətlərinin səmərəliliyi “investisiyaların qaytarılması” (ROI) indeksi ilə ölçülməlidir
…Hesab edirəm ki, dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür. Bu qədər vəsait ayrılıb, daha da böyük nəticə əldə olunmalı idi…
…özəl sektorda əgər itki varsa, bu özəl sektorun subyekti müflisləşir, biznesini bağlayır və heç kim bunun köməyinə gəlmir. Amma dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq…
Prezidentin müşavirdə səsləndirdiyi fikirlərə əsasən biz deyə bilərik ki, sözügedən dövlət şirkətlərinin səmərəlilik göstəriciləri mütləq halda “investisiyaların qaytarılması” (ROI) indeksi ilə ölçülməli, nəticələr dəyərləndirilməlidir. Dövlət tərəfindən ayrılan investisiya və yatırımlar səmərəli istifadə edilmədiyi və yaxud düzgün strategiya ilə sərf edilmədiyi üçün bu gün gözlənilən nəticələrin alınmasında problem yaranır. Ölkə başçısının da qeyd etdiyi kimi, özəl sektorda itki olduğu zaman, müflisləşir və yekunda biznes bağlanır. Amma dövlət şirkətlərində bu hal baş verən zaman dövlət tərəfindən dəstəyin olması onlarda bu qüsurları yaradan amillərin aradan qaldırılması üçün yox, olduğu kimi davam etməsinə zəmin yaradır. Dövlət şirkətləri hökümət tərəfindən dəstəyin daimi olmamasını ehtimalını, hər hansı çətinlik dönəmində yeri gəlsə özəl şirkətlərlə bərabər nəticələrlə üzləşəcəyini göz önündə tutmalıdır.
Dövlət şirkətlərinin qısa və uzun-müddətli “əsas effektivlik göstəriciləri” (KPİ - Key Performance Indicators) müəyyən olunmalıdır