“Bir qorxaq Altay bəy Göyüşov var. Ötən ilin yayından köçdü Almaniyaya, başladı oradan müxalif yönlü “qədeşfason” bəyanatlar verməyə. Səbəbinə çox da dərin getməyə ehtiyac yoxdur, mövzu başqadır. Amma oktyabrda birdən məlum oldu ki, hansısa sənədləşmə işlərini yoluna qoymaq üçün qorxaq Altay Göyüşov Almaniyadan Bakıya gəlməlidir. Onun dərdini təsəvvür edə bilərəm: “Axı bu qədər danışdım… Bakıya necə dönüm? Amandır, tutarlar məni...” Ağılına fikir gəldi: “Tapdım! İlham Əliyevin İlqar Məmmədovdan zəhləsi gedir, düzdür? Düzdür. Gəlsənə, İlqarı yaxşı-yaxşı vurum, birdən aeroportda tutsalar, deyərəm ki, ağa nəçənnik, mən hətta İlqarı da pis vururam”. Və başlayır! 6-7 oktyabrda İlqar Məmmədov və REAL haqqında 5 dənə dalbadal “vurucu” status yazır, arada birini elə-belə, ədəbiyyat haqda yazır (“e-e, cənab polkovnik, mən ziyalı adamam” vəziyyəti üçün). Başqa heç nə yazmır. Sonra bu statuslardan ibarət Facebook “sığortası”nı yanına alıb minir təyyarəyə, uçub gəlir Bakıya. Sənədlərini səhmana salır. Hələ bir İlham Əliyev hakimiyyətinin dövlət xidmətləri haqda xoş status-namə də qoşur, sitat: “özümə də təəccüblü gəlirdi, işlərimi çox tez həll edirdilər, bu öz yerində, amma üstəgəl, müəllim, xoş gəlmisiniz, burada gözləmə, gəl içəridə otur, bir stəkan çay iç filan, əməlli qayğı göstərirdilər”. 1 günlük işini görüb qayıdır Almaniyaya. İlqar Məmmədov yaddan çıxır".
İndi təzədən başlayıb İlqara söz atmağa. Yenə Bakıda işi var?”