BURADA REKLAMINIZ OLA
BİLƏR

“Yaxşı siyasətçi, yaxşı sürücü kimi, hər yerdən təhlükə gözləməlidir” – Erkin Qədirli

“Yollarda təhlükəsizlik, yol infrastrukturunun keyfiyyətindən, sürücülərin yol qaydalarını bilməsindən, avtomobillərin texniki vəziyyətindən və s. yanaşı, daha bir önəmli göstəricidən asılıdır - sürücülərin bir-birinə güvənməməsindən. Yaxşı sürücü hər yerdən təhlükə gözləməlidir, çünki avtomobil yüksək təhlükə mənbəyidir. Sürücülərin bir-birinə güvənməməsi, onların biri digəri  haqqında pis düşünmələri anlamına gəlməməlidir. Heç bir sürücü başqa sürücünün dəyərlərini düşünmür. Sürücüləri düşündürən, başqa sürücülərdən qaynaqlana biləcək təhlükədir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Erkin Qədirli deyib.

 

E.Qədirli bildirib ki, dövlətlər də elədir - yüksək təhlükə mənbəyidir: “Yaxşı siyasətçi, yaxşı sürücü kimi, hər yerdən təhlükə gözləməlidir. Yollarda olduğu kimi, dövlətlərarası münasibətlərdə də təhlükəsizlik hamının bir-birinə güvənməməsindən qaynaqlanır. Dəyərlər burada yalnız yardımçı rol oynaya bilirlər (yollarda yol nişanlarının oynadığı rol sayağı). Dəyərləri də düzgün anlamaq lazımdır, onları maraqlara qarşı qoymağın yalnız akademik önəmi ola bilir. Gerçək siyasi münasibətlərdə maraqlar - dəyərləndirilmiş ehtiyaclardır. Dəyərləri maraqlara qarşı qoymaq, hər ikisini ehtiyaclardan qoparmaqdır”.

Tarix: 11 Avqust 2020, 08:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin