Alimlər məbədin rentgen görüntülərini çəkiblər və əvvəllər girə bilmədikləri yeni yeraltı məkanlara daxil olublar. Türkiyə elm adamları bu günlərdə ilk dəfə olaraq Ayasofya məbədinin uzun illərdir əfsanə olan yeraltı tunellərinin "3D" skanerini aparıblar. Tarama layihəsinin özü məbədin muzey statusunun ləğvindən və məscidə çevrilməsindən əvvəl başlanıb. Moderator.az xəbər verir ki, Sultan Mehmet Fatihə Vəqfi Universitetinin dosenti Həsən Firat Diker “Hürriyet”-ə açıqlamasında tunellərin bir növ binanın qan dövranı sistemi olduğunu və tam bərpa olunacağı təqdirdə binaya nəfəs almaq imkanı verəcəyini söyləyib. Diker Ayasofyanın elm adamlarına hər dəfə yeni bir tərəfdən açıldığını bildirib. Tədqiqat zamanı alimlər Ayasofyanın rentgen görüntülərini çəkiblər və əvvəllər girə bilmədikləri yeni yeraltı məkanlara daxil olublar.
"Yeraltı məkanlardan bəziləri o qədər böyükdür ki, indiyə qədər onların necə gözədəyməz qaldıqlarını düşünürsən. Tunellərin təmizlənməsinə ehtiyac var. Palçıq və daşlarla dolu yerlər var. Tunellər eynilə xolesterolun qan damarlarını tutduğu kimi tıxanıb. Tıxanmaların aradan qaldırılmasıyla bina daha rahat nəfəs ala biləcəkdir. Heç bir xüsusi kondisioner cihazı lazım olmayacaq" - deyib Diker.
Alim Memar Sinan qülləsinin altından bir dəhlizin keçməsinə də aydınlıq gətirib. O, Memar Sinanın qurğusunun inşası zamanı həmin tuneli qoruduğu qənaətinə gəlib.