Ələt qəsəbəsi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yeni hava limanının tikintisi davam edir.
Bu hava limanı digər limanlarından fərqlənəcək. Belə ki, burada əsasən yükdaşımalar həyata keçiriləcək.
Yeni hava limanı Orta Dəhliz və Zəngəzur dəhlizi vasitəsilə daşınan yüklərin daha operativ və çevik şəkildə təyinat məntəqələrinə çatdırılmasında mühüm rol oynayacaq.
Hava limanı yüksək dəyərli və sürətli göndərilmə tələb edən yüklərin qısa müddətdə ünvanına çatdırılmasını təmin edəcək.