Vergi ödəyicilərinin vergi orqanlarının qəbul etdiyi qərarlardan inzibati qaydada şikayət etməsi halları aktuallığını qoruyur. Son illərdə bu istiqamətdə prosedurların daha sadə və şəffaf həyata keçirilməsi üçün müxtəlif islahatlar aparılsa da, bəzi ödəyicilər müraciət prosesində müəyyən nöqsanlara yol verirlər.
Mütəxəssislərin fikrincə, ən geniş yayılmış problemlərdən biri vergi bəyannamələrinin düzgün tərtib olunmaması və təqdim edilməməsidir. Bəzi hallarda bəyannamələr natamam şəkildə göndərilir, bəzən isə ümumiyyətlə təqdim olunmur. Belə vəziyyətlərdə vergi orqanları kameral yoxlama əsasında hesablamalar aparır və nəticədə vergi ödəyicisi üçün əlavə maliyyə öhdəlikləri formalaşır.