Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Müdafiə naziri, general-polkovnik Zakir Həsənovu qəbul edib.

Pravda.az-ın xəbərinə görə, bu barədə “İhlas” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, C. Bayramov Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə bağlı Türkiyə Prezidentini məlumatlandıracaq.