BURADA REKLAMINIZ OLA
BİLƏR

Hacı Qalib parlament seçkilərində namizəd olub-olmayacağından danışdı: “Gözləyirəm”

Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Allahşükür Paşazadənin qudası Qalib Salahzadə 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində namizəd olub-olmayacağı ilə bağlı danışıb.

 

Q.Salahzadə Pravda.az-a açıqlamasında deyib ki, üzvü olduğu Yeni Azərbaycan Partiyası namizədlərin siyahısını müəyyənləşdirir.

 

Sabiq deputat qeyd edib ki, namizədliyinin irəli sürülməsi ilə bağlı qərarı YAP verməlidir: “Partiya nə qərar qəbul edərsə, elə də olacaq. Hələki gözləyirəm...”

Tarix: 16 Dekabr 2019, 15:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin