“Xatırlayırsınızsa, ötən ilin dekabrın 30-da İlham Əliyev sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzaladı. Fərmana əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun (DMSF) əsasında Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxs yaradılıb.Təqdirəlayiqdir. Çünki əmək haqqları arta və dövlət büdcəsinin yükü azala bilər. DSMF iyul ayında struktur dəyişikliyi və ştat cədvəli təsdiqlənib. DSMF rəhbərliyi bütün işçilərindən 2 ərizə alıb, birincisi öz xahişləri ilə işdən çıxma barədə, ikincisi müvafiq işlə təmin olunmaq barədə. Birinci ərizə əsasında hər kəsi işdən çıxarıblar. Amma 10 gündən çox ötməsinə və işçilərin işə gəlib getməsinə baxmayaraq mərkəzi aparat işçilərindən başqa heç kimin işə qəbul olunması barədə əmr verilməyib və işçilərin işə qəbulunun imtahan əsasında aparılacağı bildirilib”.
Pravda.az-ın xəbərinə görə, bu barədə iqtisadçı Qubad İbadoğlu məlumat verib.