Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Ceyhun Bayramov bir qrup türkiyəli siyasətçiyə Azərbaycanın orden və medalını təqdim etdi

1 192
Paylaş:
Ceyhun Bayramov bir qrup türkiyəli siyasətçiyə Azərbaycanın orden və medalını təqdim etdi

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrıma və qrupun sabiq rəhbəri, Türkiyə Prezident Adminstrasiyasının  Səhiyyə və Qida Təhlükəsizliyi Qurumunun üzvü Necdət Ünivara Azərbaycan Respublikasının “Dostluq” ordeni təqdim olunub.

Pravda.az-ın xəbərinə görə, mükafatları Türkiyədə səfərdə olan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Azərbaycanın Türkiyədəki səfirliyində təqdim edib.

Nazir Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçuya isə “BDU-100” xatirə medalını bağışlayıb.

Mərasimdə rəsmi şəxslər, Türkiyə Parlamentinin deputatları, sabiq nazirlər də iştirak edib.APA

Paylaş:

Ən son xəbərlər