Bakı hava limanında əcnəbi vətəndaş saxlanılıb.
Lent.az-ın xəbərinə görə, buna səbəb onun sərhəd nəzarəti məntəqəsinə saxta sənəd təqdim etməsi olub.
İttiham aktına görə, Banqladeş Xalq Respublikasının vətəndaşı olan 25 yaşlı Ho Al Avropa ölkələrində işləmək məqsədilə əvvəlcə Şri-Lankaya gedib. Burada o, özünü turizm işçisi kimi təqdim edən Ariflə tanış olub və Avropaya getmək üçün ona 5 min dollar pul verib. Arif də Ho Alın fotosu və məlumatlarından istifadə edərək, saxta Şri-Lanka pasportu hazırladıb. O, bu üsullar Şri-Lankanın paytaxtı