BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Salyan camaatı məni deputat görmək istəsə, namizədliyimi irəli sürə bilərəm”

“Deputat seçilmək mənim istəyimlə olan məsələ deyil. Deputatı hər şeydən əvvəl xalq seçməlidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Modern.az-a açıqlamasında beşinci çağırış Milli Məclisin deputatı olmuş, ehtiyyatda olan general-leytenant Əliağa Hüseynov növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürüb-sürməməklə bağlı sualı cavablandırarkən deyib.

 

Deputat bildirib ki, onun yenidən deputat seçilməsinə xalq qərar verə bilər:

 

“Əgər Salyan camaatı məni deputat görmək istəsə, namizədliyimi irəli sürə bilərəm. Xalq istəməsə, mən necə deputat olaram?! Bu cür məsələlərdə xalqın fikirləri öndə olur. Xalq nə qərar versə, o da olacaq. Mən əlavə nəsə deyə bilmərəm”.

 

Qeyd edək ki, Milli Məclisin IV və V çağırış deputatı olmuş Əliağa Hüseynov 59 saylı Salyan seçki dairəsini təmsil edib. Partiya mənsubiyyəti yoxdur.

Tarix: 16 Dekabr 2019, 16:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin