Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Hadi Rəcəblinin qardaşı işdən çıxarıldı

1 868
Paylaş:
Hadi Rəcəblinin qardaşı işdən çıxarıldı

Lənkəran Şəhəri üzrə Maliyyə İdarəsinin rəisi Rəcəbov İqbal Musa oğlu vəzifəsindən azad edilib.

Pravda.az-ın məlumatına görə, Maliyyə Nazirliyi tərəfindən Lənkəran Şəhəri üzrə Maliyyə İdarəsi ləğv edilərək yerində şöbə yaradılıb.

Maliyyə şöbəsinə isə hələlik təyinat olmayıb.

Maliyyə Nazirliyindən xəbəri təsdiqləyiblər.

Qeyd edək ki, İqbal Rəcəbov Milli Məclisin sabiq deputatı Hadı Rəcəblinin qardaşıdır. MediaPost

Paylaş:

Ən son xəbərlər