"Eldar Həsənovun adı prezidentliyə yeganə altertativ kimi hallanırdı" - Siyasi şərhçi

"Eldar Həsənov üzdə görünməsə də, Azərbaycan siyasətinin ən önəmli siması idi. O qədər ağıllı idi ki, birbaşa görünmək istəmirdi".

Pravda.az-ın xəbərinə görə, bunu siyasi şərhçi Azər Rəşidoğlu deyib.


"Heydər Əliyevin ən yaxın çevrəsində olmuş şəxslərdən tutmuş, bəzi müxalifət liderləri, media rəhbərləri, hazırda iqtidarda təmsil olunan çoxları ilə bağlı idi. QHT və ictimai-siyasi fəallarla münasibəti var idi, xəsis deyildi (pul xərcləyə bilirdi). Mühacirlər arasında hörməti az deyildi, Rusiya və bir çox ölkələrlə sıx bağlılığı var idi. Kəlbəcər və Qarabağ qruplaşmasının"xaş atası" idi. Siyasi çevrələrdə onun adı prezidentliyə yeganə altertativ kimi hallanırdı. Amma onun qələmi 2018-ci ildə məlum səbəbə görə qırılmışdı və həbsi qaçılmaz idi. Bu dəfə hakimiyyət oyunu qura bildi. Serbiyadan silah satışı qalmaqalı yaratdı (mediada kürükləməklə) və Həsənov serb nümayəndələrlə Bakıya gəldi (gəlmək fikri yox idi) və sabiq baş prokuror tələyə düşdü. Növbədə kimdir?" - Azər Rəşidoğlu qeyd edib.

Tarix: 14 Avqust
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 11:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin