Ermənistanın baş naziri Nikol Paşinyanın siyasət səhnəsindəki biabırçılıqları davam edir. Bu dəfə o, Britaniyanın BBC-nin "Hard Talk" proqramında özünü sözün əsl mənasında, rüsvay edib. Proqramın aparıcısı Stiven Sakur sanki qarşısına Paşinyanı "edam" etməyi qoymuşdu. Paşinyan iyul ayında baş vermiş Tovuz döyüşləri ilə bağlı suala cavabında Azərbaycanı "ilk hücumu etməkdə" ittiham edib. O, daha sonra deyib: "Hər gərginləşmədən sonra beynəlxalq icma hadisənin iki versiyasını dinləyir. Buna görə də təmas xəttində monitorinq sisteminin quraşdırılmasına ehtiyac var". Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə isə, Paşinyan hesab edir ki, "barışıq Ermənistanın birtərəfli hərəkətləri ilə əldə edilə bilməz": "Münaqişəni güc yolu ilə həll etməyə çalışan Azərbaycandır". Paşinyanın acınacaqlı duruma düşməsi, eyni zamanda ingilis dilini pis bilməsi, kəsərli suallar qarşısında mövqeyinin zəif olmasından irəli gəlir. Müsahibə Paşinyanın hələ siyasətçi kimi formalaşmadığını, təcrübəsiz və səriştəsiz olduğunu göstərdi. Bir sözlə, Paşinyan Münhen konfransındakı biabırçılığı daha kəskin formada təkrarladı. Jurnalistin qarşısında aciz duruma düşən Paşinyan, görəsən dövlət və hökumət başçıları ilə ikitərəfli və çoxtərəfli danışıqlar formatında hansı biabırçı vəziyyətə düşür? Baş verənləri “Sherg.az”a dəyərləndirən sabiq millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadənin fikrincə, Paşinyanın BBC telekanalına müsahibəsi bir daha göstərdi ki, meydanlarda narıncı inqilab vasitəsilə hakimiyyətə gələn bu şəxs olduqca cılız, savadsız və siyasət meydanında əliboş bir adamdır.
Hüquq müdafiəçisi bildirib ki, Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanda baş verən hadisələr, xalqın düşdüyü acı durum onun yalançı vədlər verməsindən irəli gəlir: “Paşinyanın ağlı başında olsaydı, BBC kimi tanınmış telekanala müsahibə verməkdən imtina edərdi. Çünki bilməliydi ki, hansısa suallarla üzləşəcək. Amma görünür özünə o qədər vurğundur ki, onun dünyada sərsəm siyasətçi olmasını hamı gördüyü halda, o yenə də özündən razı olaraq telekanala müsahibə verir və biabır olur. Paşinyan son vaxtlar Azırbaycanı ciddi müharibə bəyənatları veməkdə və təcavüzdə günahlandırır. Bu adam başa düşmür ki, bütün beynəlxalq hüquq normaları, beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar, BMT kimi bir qurumun 4 qətnaməsi məhz Ermənistanın təcavüzkar olması ilə bağlıdır. Belə bir anda o BBC kimi bir kanalı aldatmaqla dünya ictimaiyyətini də aldatmağa çalışır”.
Ç.Qənizadə vurğulayıb ki, Paşinyanın nəinki siyasi fəaliyyətində, həmçinin psixikaasında pozuntular var: “Jurnalistin “siz Dağlıq Qarabağa səfərləriniz zamanı təxribatçı bəyənatlar verib hadisələri daha da gərginləşdirirsiz?” sualı zamanı Paşinyan bu sullardan yayınır. Paşinyan bu suala cavab verməkdənsə, min illik tarixi olan Dağlıq Qarabağın Ermənistanın olması ilə bağlı özünün təxəyyülünə uyğun olan saxta məlumatları jurnalistə çatdırmaq istəyir.
Aparıcı Stiven Sakur Zəngilan, Qubadlı, Xocavənd rayonunu keçməklə Ermənistana yol çəkilməsi ilə bağlı məsələyə münasibət bildirdi. Eyni zamanda Paşinyana çatdırır ki, Avropa Parlamenti bunun əleyhinə olan tənqidi bəyənatla çıxış edib. Bu zaman sərsəm siyasətçi olan Paşinyan deyir ki, bu yolu Ermənistan yox “Dağlıq Qarabağ Respublikası” öz vətəndaşları üçün inşa edir. Bir ölkənin rəhbəri hətta Ermənistanın tanımadığı “Dağlıq Qarabağ Respublikası”nı “Respublika” kimi qeyd edir.
Və bu “Respublika”nın öz vətəndaşları deyə guya orada yaşayanların hansısa vətəndaşlıq hüququnun olduğu bildirir. “Dağlıq Qarabağ Respublikası” bunu inşa edir adıya sualdan yayınması Paşinyanı yenə də gülünc vəziyyətə salır. Dağlıq Qarabağ Respublikasında yaşayan azacıq sayda insanlar bu gün o qədər kasıb durumdadırlar ki, hətta çörək qazanmağa imkanları yoxdur. Belə bir halda onlar bu yolun inşasını hansı formada həyata keçirə bilərlər?