Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

6 regional peşə hazırlığı mərkəzi yaradılacaq

213
Paylaş:
6 regional peşə hazırlığı mərkəzi yaradılacaq

Azərbaycanda regionların iqtisadi inkişaf prioritetlərinə uyğun peşə hazırlığı mərkəzləri şəbəkəsi genişləndiriləcək.

Pravda.az  xəbər verir ki, bu, "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, 2026–2030-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yerli icra hakimiyyəti orqanları ilə birgə regionlarda peşə hazırlığı mərkəzlərinin yaradılması istiqamətində tədbirlər həyata keçiriləcək.

İlkin mərhələdə peşə hazırlığı mərkəzlərinin yaradılması üçün regionlar müəyyənləşdiriləcək. Sonrakı mərhələdə isə 6 regional peşə hazırlığı mərkəzi yaradılacaq.

Paylaş:

Ən son xəbərlər