İnfeksionist-hepatoloq Mərdan Əliyev Azərbaycanda SARS-CoV-2 virusuna qarşı immunitetin öyrənilməsi məqsədilə həyata keçiriləcək seroloji testlərin əhəmiyyətindən söz açıb.
Pravda.az xəbər verir ki, həkim bildirib ki, seroloji testlərin tətbiq edilməsi məsələsi çoxdan gündəmdə idi:
“Pandemiyanın əvvəllərində həkimlər insanların kütləvi şəkildə seroloji müayinələrdən keçməsi məsələsini təklif etmişdi. Bu, bizə nə qədər insanın koronavirusa yoluxması və immunitet qazanması barədə məlumat əldə etməyə imkan verəcək. Sözsüz ki, xəstəliyin sonrakı mərhələləri və ya ikinci dalğa üçün proqnoztik əhəmiyyət daşıyır. Əldə edilən nəticələr əsasında xəstəliyin sonrakı gedişi barədə məlumat öyrənmək mümkün olacaq. Bu mənada seroloji testlər əhəmiyyət kəsb edir.