"Lukaşenko dəfələrlə deyib ki, xalq get desə gedərəm. Bu gün Belorus xalqı tarix yazdı, Lukaşenkoya get dedi. Özü də yüksək səslə dedi. Öz xoşu ilə gedəcəyinə isə inanmıram".

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

A.Hacılı qeyd edib ki, hələ heç bir diktator öz xoşu ilə hakimiyyəti tərk etməyib: "Amma, xoş ya zor ...gedəcək. Bütün diktatorlar tarixin qaranlığına gömüləcək".