Avqustun 12-də dünyada milyonlarla insan nadir astronomik hadisələrdən biri olan tam Günəş tutulmasını izləmək imkanı əldə edəcək. Belə tutulmalar Yer kürəsində orta hesabla hər 18 aydan bir baş versə də, onların tam fazası hər hansı konkret ərazidən çox nadir hallarda müşahidə olunur. Eyni məkandan tam Günəş tutulmasını yenidən izləmək üçün bəzən yüz illərlə gözləmək lazım gəlir.
Bəs Dünya həqiqətən bir neçə dəqiqəlik qaranlığa qərq olacaqmı? Avqustun 12-də hansı astronomik hadisələr gözlənilir?
Globalinfo.az-a danışan filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy deyib ki, əslində bu, nadir hadisə deyil və ildə iki dəfə baş verir:
“Hər il həm Ay tutulması, həm də Günəş tutulması olur. Günəş tutulmasının da növləri var. Məsələn, tam tutulma və qismən tutulma olur. Tam tutulma da ayrıca bir hadisədir və bununla bağlı müəyyən rituallar var. İnsanlar o ritualları etsələr, əziyyət çəkməzlər. Çünki Günəşin şüaları, Günəşin enerjisi Yer kürəsinə az düşəndə şər qüvvələr aktivləşir. Həmin vaxt iblisə xidmət edənlər də öz rituallarını həyata keçirirlər”.