BURADA REKLAMINIZ OLA
BİLƏR

Hüquqşünas deputat Zeynəb Xanlarovanın Amerikada yaşamasından yazdı

Hüquqşünas Ələsgər Məmmədli Azərbaycan Milli Məclisinin deputatı, xalq artisti Zeynəb Xanlarovanın Amerikaya köçməsindən yazıb.

 

Pravda.az-ın xəbərinə görə, Ə.Məmmədli xatırladıb ki, mediada Zeynəb Xanlarovanın 7 il öncəsindən ABŞ-da Fond yaratdığı və müəyyən fəaliyyətlərdə bulunduğuna dair maraqlı həm də ictimai əhəmiyyət daşıyan  informasiyalar dolaşır:

 

"Zeynəb Xanlarova 2015-ci ildə Milli Məclisə deputat seçilib. Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsində deputat seçilməyə əngəllərdən biri də "başqa dövlətlər qarşısında öhdəliyi olmaq"dır. "ABŞ-da olmaq birbaşa öhdəlik yaradarmı?”- sualı hələ illər öncə Rəsul Quliyevin prezidentliyə namizəd olmaq istəməsi ilə Konstitusiya Məhkəməsinin gündəminə gəlmişdi. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinin «...başqa dövlətlər qarşısında öhdəliyi olmayan...» müddəasının hüquqi mənası vətəndaşın xarici dövlətlərlə bağlılığına və onlardan asılılığına səbəb olan münasibətlərin mövcudluğu ilə əlaqədar yaranan öhdəliklərinin olmamasını ehtiva edir. Belə öhdəliklər uzun müddət ərzində xaricdə yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək və s. kimi, habelə siyasi hüquqi və bu cür digər öhdəliklər də ola bilər. («Azərbaycan» qəzeti, 03 avqust 2002-ci il, № 176 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı  3/2003)”

Fotoları təqdim edirik
Tarix: 17 Dekabr 2019, 12:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin