Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

"Türkiyə ilə yaxınlaşma bəzi qüvvələri narahat edir" - Deputat

1 902
Paylaş:
"Türkiyə ilə yaxınlaşma bəzi qüvvələri narahat edir" -       Deputat

Son zamanlar Türkiyə-Azərbaycan münasibətlərinə başqa don geyindirmək istəyənlər var. Görünür ki, bu yaxınlaşma ölkə daxilindəki və xaricindəki  bəzi qüvvələri narahat edir.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

M.Cəfərov bildirib ki, Türkiyə və Azərbaycan arasındakı qardaşlıq və dostluq qədim tarixə dayanır: “Regiondakı vəziyyətlə əlaqədar bu yaxınlıqdan ən çox narahat olan dövlət isə Ermənistandır. Keçirilən görüşlərə və təlimlərə, qarşılıqlı əməkdaşlıqlara müsəlman-xristian qarşıdurması kimi deyil, qardaşın qardaş yanında olması kimi baxmaq lazımdır.

Son vaxtlar Türkiyə və Azərbaycan arasındakı yaxınlaşmanı mətbuatda bəziləri bilərəkdən, yaxud bilməyərəkdən erməni-türk qarşıdurması kimi qələmə verirlər. Buna əsla yol vermək olmaz. Həmçinin bəziləri bunu müsəlman-xristian qarşıdurması kimi də qiymətləndirir. Bu da tamamilə yalnış fikirdir. Qarabağ müharibəsi zamanı da ermənilər nə qədər çalışdılar ki, müharibəni bu istiqamətə yönəltsinlər, ancaq bacarmadılar.

Bilmək lazımdır ki, Ermənistan bütün gücünü səfərbər edərək hər iki halı gündəmə gətirib, dünyanın fikrini bu istiqamətə yönəltməklə dəstək qazanmaq istəyəcək. Hər iki vəziyyət Azərbaycanın haqlı davasında onun əleyhinə olan və istifadə ediləcək amildir. Ona görə də buna imkan verməməliyik. Biz haqlı mübarizəmizdə, hüquqi əsaslarla sivil dünyanın da dəstəyini qazanmaqla işğal olunmuş ərazilərimizi azad etmək istəyirik və buna da heç bir fərqli don geyindirilməməlidir. Buna çalışanların qarşısı alınmalıdır.

Türkiyənin Azərbaycana kiçik bir dəstəyinə belə müsəlman birliyi kimi yanaşılır. Buna fərqli, özlərinə xeyir edən mənalar yüklənir”.

Paylaş:

Ən son xəbərlər