Omsk xəstəxanasının reanimasiya şöbəsində müalicə olunan bloger, Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnının orqanizmində zəhər əlamətləri aşkarlanmayıb.
Pravda.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Omsk xəstəxanasının baş həkiminin müavini Anatoli Kaliniçenko bildirib.