Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iqtisadi ölçünü Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) səmərəliliyinin əsas göstəricisi adlandırıb.
Pravda.az xəbər verir ki, Özbəkistan Prezidenti Şanxay Əməkdaşlıq Təşkilatı dövlət başçılarının iclasında ŞƏT-in Sənaye Kooperasiyası Xəritəsinin - xüsusi iqtisadi zonaları, istehsal zəncirlərini, bazarları və logistikanı birləşdirən vahid rəqəmsal platformanın yaradılmasını təklif edib.
Bundan əlavə, Özbəkistan Prezidenti Dünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının yaradılması təşəbbüsünü dəstəkləyib və ŞƏT-in həmin təşkilatın ilk tərəfdaşları sırasında yer almasını təklif edib.