Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

“Karantin rejimini pozmuş şəxs barəsində məhkəmə iclasını inqilabi addım hesab edirəm” – Əkrəm Həsənov

1 586
Paylaş:
“Karantin rejimini pozmuş şəxs barəsində məhkəmə iclasını inqilabi addım hesab edirəm” –     Əkrəm Həsənov

“Karantin rejimini pozmuş şəxs barəsində məhkəmə iclasını məhkəmə islahatları istiqamətində inqilabi addım hesab edirəm”.

Pravda.az-ın xəbərinə görə, bunu vəkil Əkrəm Həsənov deyib.

“Yalnız qanunun aliliyi baxımından yox! Məhkəmə iclasının aşkarlığı baxımından! İndi görüm bundan sonra hansı hakim məhkəmə iclasının audio və videoçəkilişinin aparılmasına imkan verməyəcək. Dərhal bugünkü məhkəmə iclasını yadlarına salacağam. Niyə inzibati xətadan xeyli ciddi işlərə baxılanda çəkilişə imkan vermirlər? Cavabını bilirəm: iclas protokolu özlərinə sərf edən kimi tərtib etmək üçün. Bitdi bundan sonra bu məsələ! Əks halda, belə çıxacaq ki, bugünkü iclas nəyə görəsə baş vermiş istisna idi...” – Ə.Həsənov qeyd edib.

Paylaş:

Ən son xəbərlər