“Yeni Azerbaycan Partiyasının yaradıcılarından, 1999-cu ildən Siyasi Şuranın üzvü kimi son olaylardan xəcalət çəkirəm. Neçə vaxtır yazıram ki, YAP-da islahatlar olmalıdır, çox təəssüflər olsun ki, bu baş vermədi”.
Pravda.az-ın xəbərinə görə, bunu keçmiş deputat Musa Musayev deyib. O, bildirib ki, YAP-ın Siyasi Şurası təcili toplantı keçirib partiyanın üzvü olub həbs edilən icra hakimiyyəti başçılarına, onların müavinlərinə, rayon təşkilatının sədrlərinə, diger vəzifəli şəxslərə və eyni zamanda son olaylarda baş verən hadisələrə qiymət verilməli, cəza tədbirləri görülməlidir:
“Çünki bu utancgətirici və partiyamızın adına, nüfuzuna xələl gətirən hadisələrdə YAP-ın rəhbər orqanlarında – İdarə Heyətində, Siyasi Şurasında, Nezaret Təftiş Komissyasında təmsil olunan şexsler var. YAP-ın Nizamnaməsində və Proqramında gösterilir ki, partiyanın idarə edici orqanı Siyasi Şuradır, İcra katibliyi yalnız Partiyanın Mərkəzi aparatına rehbərlik edir.