BURADA REKLAMINIZ OLA
BİLƏR

“Karantin vaxtı toy etmək qanunları heçə saymaqdır” - Deputat

“Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişi var ki, karantin müddətində toy mərasimi keçirtmək olmaz. Belə olan halda kimin ixtiyarı var ki, toy etsin. Kimliyindən asılı olmayaraq qaydaları tapdalayıb toy edənlər cəzalandırılmalıdır”.

 

Pravda.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov bir neçə gün bundan qabaq AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladına karantin vaxtı toy etməsinə münasibət bildirərkən deyib.

 

Məşhur Məmmədov bildirib ki, belə bir şəraitdə kimsə toy edirsə, orada mütləq qanun pozulur: “Operativ Qərargahın göstərişi var ki, 5-6 nəfərdən artıq insan bir yerə toplaşa bilməz. Necə olur ki, kimsə toy edir?!  Deməli, bəziləri qaydalara riayət etmir. Digər tərəfdən də karantin vaxtı toy etmək Azərbaycan xalqına meydan oxumaqdır. Dövləti, dövlətçiliyi, Azərbaycan qanunlarını heçə saymaqdır. Özlərini qanundan üstün tutmalarının nəticəsidir. Bəzi qüvvələr xaricdə oturub dövlətimiz əleyhinə çıxışlar edir. Belə bir vəziyyətdə tanınmış adamlar toy mərasimi təşkil etməklə, həmin qüvvələrə dəstək nümayiş etdirdiklərini göstərdilər”.

 

Deputatın sözlərinə görə,  insanları qruplara, təbəqələrə bölməyə heç kimin ixtiyarı yoxdur: “Əgər bu qaydalar tətbiq olunursa, bu hamıya şamil olunur. Kimlərinsə hansısa imtiyazlarından istifadə etməsi yolverilməzdir. “İştirak etmişəm düz etmişəm” deməklə bu insanlar qanunlara qarşı çıxdıqlarını ortaya qoydular. Bu sadəcə olaraq dövlətin içərisində öz qanunları ilə işləyən bir dövlət yaratmaq ideyasından irəli gəlir. Düşünürəm ki, bunların qarşısı alınmalıdır. Təkcə toy sahibləri deyil, o toyda iştirak edən hər kəs məsuliyyət daşıyır. Üstəlik o toyda ictimai-siyasi adamların iştirakı təkcə məsuliyyət yox, həm də cinayət deməkdir”.

Tarix: 23 Avqust 2020, 16:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin