Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda konstruktiv iştirakını təmin etdi, lakin Ermənistan dağıdıcı siyasət yürütməkdə davam edir.
Pravda.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "TRT World"a müsahibəsində deyib.
H.Hacıyev bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gələndə Azərbaycan əvvəlcə ehtimal etdi ki, ölkənin əvvəlki rəhbərliyindən fərqli siyasət yürüdəcək.
Prezidentin köməkçisi Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşü xatırlatdı.