Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Partiya sədri: “Bütün qanunsuzluqların başında Ramiz Mehdiyev dayanıb”

1 566
Paylaş:
Partiya sədri: “Bütün qanunsuzluqların başında Ramiz Mehdiyev dayanıb”

“Hələ 3 il bundan öncə Ramiz Mehdiyevin qılıncının arxası da kəsən zamanlarda onun simasını ortaya qoymuşduq. Həmin zaman şəxsimə qarşı çox təzyiqlər oldu. Amma haqq üzülər, sarsılmaz deyiblər!”

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.

A.Şakiroğlu qeyd edib ki, haqq hər zaman öz yerini tutur, tutmaq üzrədir: “Bu gün hər kəs hesab verməlidir xalqı və dövləti qarşısında”.

Partiya sədri Ramiz Mehdiyevlə bağlı 3 il öncə verdiyi müsahibənin videosunu da təqdim edib: “Bu video müsahibəmi arxivdən ona görə paylaşıram ki, sonra heç kim "yıxılana balta vurmazlar", "sözün var idi, vəzifədə olanda deyərdin" kimi fikirlər səsləndirməsin. Vəzifədə olanda da demişik, indi də isbat olunur: Bütün qanunsuzluqların başında məhz o - Ramiz Mehdiyev dayanıb. Bu dünən də belə idi, bu gün də belədir. Amma daha sabah belə olmayacaq!”

Partiya sədri Ramiz Mehdiyevi tənqid etdi from Pravda on Vimeo.

Paylaş:

Ən son xəbərlər