"Bu gün cənab Prezidentin Sərəncamı ilə Biləsuvar rayonu İcra hakimiyyətinin başçısı təyin olunmuş Faiq Qürbətov parlamentdə oldu".
Pravda.az-ın xəbərinə görə, bu barədə Biləsuvarın deputatı Bəhruz Məhərrəmov məlumat verib.
B.Məhərrəmov bildirib ki, hərtərəfli söhbət edib faydalı müzakirə aparılıb: "Əmin ola bilərsiz ki, Faiq müəllim təcrübəli, müasir dünyagörüşünə malik, pozitiv, ən əsası isə əli də vicdanı da təmiz insandır. İnanıram ki, ən yaxın zamanlarda Faiq müəllimin cənab Prezidentin yüksək etimadını doğrultduğuna hamımız şahid olacağıq".
Yeni icra başçısı parlamentə getdi