Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Sahibə Qafarova türkiyəli həmkarına zəng etdi

1 758
Paylaş:
Sahibə Qafarova türkiyəli həmkarına zəng etdi

“Bu gün Türkiyə Böyük Millət Məclisinin Sədri, dəyərli həmkarım Mustafa Şentopla növbəti telefon danışığımız olub”.

Pravda.az xəbər verir ki, bu barədə Milli Məclisin Sədri Sahibə Qafarova “Facebook” səhifəsində bildirib.

“Telefon danışığı zamanı qardaş Türkiyənin Qara dənizdə böyük ehtiyata malik qaz yatağı kəşf etməsi münasibətilə Mustafa bəyi və onun simasında bütün Türk xalqını həm öz adımdan, həm də Milli Məclisin bütün üzvləri adından təbrik etdim” , - S.Qafarova qeyd edib.

Paylaş:

Ən son xəbərlər