Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Ukraynada karantin rejiminin müddəti noyabrın 1-dək uzadıldı - QƏRAR

1 960
Paylaş:
Ukraynada karantin rejiminin müddəti noyabrın 1-dək uzadıldı -     QƏRAR

Ukraynada koronavirus pandemiyası ilə əlaqədar karantin müddəti uzadılıb.

Pravda.az-ın UNİAN-a istinadən verdiyi xəbərə görə, qərar bu gün Ukrayna Nazirlər Kabinetinin iclasında qəbul olunub.

Ölkədə "adaptiv model" formatında tətbiq olunan karantin müddəti noyabrın 1-dək uzadılıb.

Avqustun 1-dən Ukraynada tətbiq olunan adaptiv karantin modeli ölkənin regionlarındakı epidemioloji vəziyyətdən asılı olaraq bütün bölgələri dörd  - "yaşıl", "sarı", "narıncı" və "qırmızı" zonalara bölüb.

Epidemioloji zonaların hər birində müxtəlif karantin məhdudiyyəti tətbiq olunur. Ən yumşaq qadağalar"yaşıl" zonada, ən sərt qadağalar isə "qırmızı" zonaya daxil olan bölgələrdə tətbiq olunur.APA

Paylaş:

Ən son xəbərlər