Qəbul edilən dəyişiklikdən sonra hərbiçilər, dövlət qulluqçuları, siyasi vəzifəli şəxslər, deputatlar, MSK üzvləri, Ombudsman, Hesablama Palatasının üzvləri və diplomatik xidmət əməkdaşlarının pensiyalarında azalma olmayacaq.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.