Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Gəncədə şagirdləri zəhərlənən məktəbin bufeti bağlanıb

244
Paylaş:
Gəncədə şagirdləri zəhərlənən məktəbin      bufeti bağlanıb

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.

Bildirilib ki, şagirdlərin qida məhsulunu alaraq istehlak etdikləri bufetdə yoxlama aparılıb, fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Yoxlama zamanı bufetdə satışa çıxarılan qida məhsullarından nümunələr götürülərək laboratoriyaya göndərilib.

Araşdırmalar davam etdirilir.

Paylaş:

Ən son xəbərlər