Yaponiya Baş naziri Şinzo Abe istefa verib.
Yaponiyanın Baş Naziri üzr istədi və istefa verdi - FOTO
Pravda.az-ın məlumatına görə, o bu gün keçirdiyi mətbuat konfransında səhhətindəki problemlərə görə istefa verdiyini açıqlayıb.
Pandemiya dönəmində istefa məcburiyyətində qaldığı üçün üzr istəyən 65 yaşlı Abe deyib: “Pandemiya vaxtı vəzifəmi tərk etdiyim üçün üzr istəyirəm. Yeni lider gələnə qədər baş nazir kimi vəzifəmin icrasını davam etdirəcəyəm”.